• Bazar günü, 17 Yanvar, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

3 aydır itkin idi, şəhid xəbəri gəldi - VİDEO

İcra başçısı müavinini vəzifədən azad etdi

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Kazus.az-ın məlumatına görə, söhbət 2002-ci il təvvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan gedir.

18 yaşlı əsgərimizin Füzuli istiqamətində şəhidlik zirvəsinə ucaldığı bəlli olub. Ailəsi onunla sonuncu dəfə 3 ay əvvəl danışmışdı. Şəhidimiz sabah doğulduğu Xaçmazın Çiləgir kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, İkram Məmmədov hərbi xidmətə 2020-ci ilin iyul ayında çağırılmışdı. O, Qazaxda N saylı hərbi hissənin əsgəri idi. 

Xatırladaq ki, şəhidimizin adı ötən gün Müdafiə Nazirliyi tərəfindən yayılan itkin düşmüş hərbçilərimizin siyahısında şəkli olmadan verilmişdi. /qafqazinfo/

İtkin düşən hərbi qulluqçularımızın görüntüləri: