• Şənbə, 6 Mart, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

80 yaşlı babasını xəstəxanalıq etdi

YAP-ın İcra Katibliyi ləğv edildi

Oğuzda nəvə 80 yaşlı babasını döyərək, xəstəxanalıq edib.

Kazus.az-ın məlumatına görə, hadisə bu gün rayonun Tərkeş kəndində baş verib.

Belə ki, 1941-ci il təvəllüdlü Nəriman Bahar oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, 80 yaşlı Nəriman Kərimovu öz doğma nəvəsi, 30 yaşlı Orxan Dağlar oğlu Kərimov döyüb.

Xəstəxanada ilkin tibbi yardım göstərilən babanın vəziyyəti ağır olduğu üçün o, Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Hadisənin hansı səbəblərdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.