ABŞ ketçup paketi çatışmazlığı ilə üzləşib

Koronavirus pandemiyası səbəbindən ABŞ ketçup paketi çatışmazlığı ilə üzləşib.
Kazus.az BBC-yə istinadən xəbər verir ki, ən çox satılan ketçup markası "Heinz" tələbin artmasının məhsulu evlərə sürətli çatdırma trendi ilə bağlı olduğunun bəyan edib.
Qeyd edək ki, 2020-ci ilin yanvarından bəri ketçup paketlərinin qiyməti 13% artıb. ABŞ-da bir qədər öncə tualet rulonu, peperoni və alüminium qabların qıtlığı duyulub.
Günel Abbas