• Cümə, 25 Sentyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Azərbaycanda açıq havada idman yarışlarına yenidən qadağa qoyuldu

AQTA-ya yeni səlahiyyət verildi

Azərbaycanda açıq havada idman yarışlarının keçirilməsinə yenidən qadağa qoyulub.

Kazus.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə tətbiq olunacaq ciddi karantin rejimi ilə əlaqədar yarışların təşkili dayandırılıb.

Qeyd edək ki, Operativ Qərargah mayın 31-dən ölkədə açıq havada idman yarışlarının keçirilməsinə icazə vermişdi.