• Çərşənbə axşamı, 7 İyul, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Azərbaycanda daha bir məhkəmə hakimi öldü

İcazə verilib-verilmədiyi belə yoxlanılır - RƏSMİ

Bakı Apellyasiya Məhkəməsinin hakimi Müseyib Hüseynov vəfat edib.

Kazus.az-ın xəbərinə görə, bu barədə “Report”a vəkil Orxan Kəngərli məlumat verib.

Onun sözlərinə görə, mərhum iyunun 28-də dəfn ediləcək.

M.Hüseynov ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Hüseynov Müseyib Abbas oğlu 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2016cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində işləyib. 2016-cı ildən isə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimi kimi fəaliyyət göstərirdi.

Xatırladaq ki, M.Hüseynov son 15 gündə Bakı Apellyasiya Məhkəməsinin dünyasını dəyişən 3-cü hakimidir. Hakim Əflatun Qasımov iyunun 13-də, hakim Namiq Məmmədov isə iyunun 26-da vəfat edib. Onların hər ikisi COVID-19-a yoluxubmuş.



Loading...