• Çərşənbə axşamı, 7 İyul, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Azərbaycanda hakim koronavirusdan vəfat etdi

Kamran Əliyev onları bu rayonlara prokuror təyin etdi

Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov vəfat edib.

Kazus.az-ın xəbərinə görə, bu barədə deputat Fazil Mustafa məlumat paylaşıb.

N.Məmmədovla tələbə yoldaşı olduğunu deyən F.Mustafanın sözlərinə görə, 55 yaşlı hakim Astarada müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib: "Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!”.

Qeyd edək ki, N.Məmmədov 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007- 2013-cü illərdə Şəki Apellyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyətini davam etdirirdi.

Allah rəhmət eləsin!



Loading...