• Bazar ertəsi, 8 Mart, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Bakıda evdən 5 nəfərin meyiti tapıldı

Bakıda qadın başına dəmir düşməsi nəticəsində öldü

Bakıda evdən 5 nəfərin meyiti tapılıb.

Kazus.az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Atilla Əliyev, Lətif Əliyev, İnkişaf Allahverdiyev, Şakir Allahverdiyev və Natiq Səfərovun mənzildən meyitləri tapılıb.

Meyiti tapıllan şəxslərdən biri ev sahibi, digərləri isə evə gəlmiş qonaqlardır.

İlkin ehtimala görə, onlar dəm qazından boğulublar.

Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri haqqin.az saytı yayıb.