• Cümə axşamı, 4 Mart, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Bakıda karantini pozan kafelər aşkarlandı, 26 nəfər cərimələndi - FOTO

Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları xidmət zamanı Yeni Günəşli qəsəbəsində "Azad" və "Çinar"adlı kafelərdə müştərilərə yerində xidmət g östərildiyini və karantin rejiminə əməl edilmədiyini aşkarlayıblar.

DİN Mətbuat Xidmətindən Kazus.az-a verilən məlumata görə, obyektlərin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.

Ora baxış zamanı "Azad" kafesinin icarədarı Şərafət Hacıev və "Çinar" kafesinin sahibi Tural Mirzəyev saxlanılaraq 33-cü Polis Bölməsinə gətiriliblər. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokollar tərtib edilib.

Həmçinin hər iki kafedə olan ümumilikdə 26 nəfər müştəri barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə edilib və həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.