• Cümə axşamı, 4 Mart, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Bərdəni vuran "Smerç"in qalıqlarının YENİ GÖRÜNTÜLƏRİ

Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib - VİDEO

Sosial şəbəkələrdə Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilən Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç”in qalıqlarının daha bir görüntüləri yayılıb.

Kazus.az xəbər verir ki, görüntülər işğaldan azad edilən ərazilərimizdə hərbi qulluqçularımız tərəfindən çəkilib.

Bildirilib ki, düşmən həmin "Smerç"lə ötən il oktyabrın 28-də Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutub.

Oktyabrın 30-da Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib. Oktyabrın 29-u saat 15:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Nazirlik qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsünü də yaymışdı.

Xatırladaq ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində  20-dən çox mülki şəxs həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.