• Bazar günü, 17 Yanvar, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Biləsuvarda qanvermə aksiyası keçirilib - FOTO

İcra başçısı müavinini vəzifədən azad etdi

“Qan ver, yaşat!” təşəbbüsünə qoşulan Biləsuvar rayonunda növbəti qanvermə aksiyası keçirilib. 

Kazus.az xəbər verir ki, Azərbaycan Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına uyğun olaraq keçirilib aksiya. 

Qan vermə aksiyası Biləsuvar Rayon Mərkəzi xəstəxanasında  baş tutub. Tədbir Rayon İcra Hakimiyyətinin və Respublika Mərkəzi Qan Bankının təşkilatçılığı ilə karantin qaydalarına uyğun formada təşkil olunub. Aksiyada İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların, icra nümayəndələri və bələdiyyələrin eləcə də rayon ictimaiyyətinin   nümayəndələri aktiv şəkildə iştirak edib. 

No description available.

Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.

No description available.