• Cümə axşamı, 4 Mart, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Biləsuvarda “Sabahın tələbələri” adlı layihənin açılışı olub - FOTO

Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib - VİDEO

Biləsuvar rayonunda “Sabahın tələbələri” adlı layihənin açılışı mərasimi olub.

Kazus.az xəbər verir ki, açılış mərasimi pandemiya ilə bağlı mövcud şərait nəzərə alınaraq onlayn şəkildə həyata keçirilib.

Mərasimdə layihə rəhbəri Babək Rəcəbli, Lənkəran Dövlət Universitetinin prorektoru İdrak Əsgərov, Biləsuvar rayon Təhsil Şöbəsinin nümayəndələri Anar Xammədov və Kəramət Sadatov, Goranboy rayonu üzrə təhsil meneceri Eşqin Axundlu, müxtəlif bölgələrdən müəllimlər və Biləsuvar rayon məktəblərindən şagirdlər iştirak edib.

Layihə rəhbəri Babək Rəcəblinin verdiyi məlumata görə, layihənin əsas məqsədi Biləsuvar rayon Təhsil Şöbəsi və Ali təhsil Müəssisələri və orta ixtisas təhsili müəssisələri ilə birgə əməkdaşlıqların qurulması , komanda yaradaraq gələcək fəaliyyətdə operativliyin onlayn təşkili. Eyni zamanda şagirdlərlə görüşlərin onlayn təşkili layihənin mahiyyəti haqqında onları məlumatlandırmaq, istedadlı şagirdlərin müəyyən olunaraq layihəyə könüllü olaraq cəlb olunması (onlayn şəkildə), məktəblilərin ali təhsil müəssisələri ilə əyani şəkildə tanışlığının təşkili və məktəblilərin orta ixtisas təhsili müəssisələri ilə əyani şəkildə tanışlığının təşkildir.

Həmçinin orta ümumtəhsil müəssisələrindən şagirdlərin ali təhsil müəssisələri və orta ixtisas təhsili müəssisələri ilə əyani tanışlığının təşkil olunması şagirdlərdə nəticələr əldə etməkdə motivasiya yaradacaqdır. Nəzərdə tutulur ki, layihənin icrasına 10 nəfər şagird və 3 nəfər müəllim cəlb olunsun.

No description available.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə oktyabrın 15-dən martın 15-dək davam edəcək.

No description available.