• Şənbə, 17 Aprel, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Cef Bezos vergidə artımı dəstəklədi

Qubadlının Məmər kəndi - VİDEO

"Amazon" şirkətinin rəhbəri Cef Bezos (Jeff Bezos) ABŞ şirkətlərinin vergi yükünün artımını  dəstəklədiyini söyləyib.

Kazus.az BBC-yə istinadən xəbər verir ki, dünyanın ən varlı adamının bu fikri ABŞ prezidenti Co Baydenin korporativ dərəcəni 21%-dən 28%-ə qaldırmaq təklifi ilə bir vaxta təsadüf edib. 

Bezos açıqlamasında "Amazon"un Baydenin "infrastruktura diqqətini" dəstəklədiyini, demokratları və respublikaçıları "birlikdə çalışmağa" çağırdığını bildirib.

Qeyd edək ki, Bayden təklifi açıqlayan zaman "Amazon"u çox az vergi ödəyən bir şirkət kimi nümunə göstərmişdi.

Günel Abbas