• Çərşənbə axşamı, 22 Sentyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Cəsarət Valehov nazir müavininin məktubunu mənasız adlandırdı

Övladını məktəbə göndərməkdən imtina edənlərin sayı AÇIQLANDI

Təhsil Nazirliyi məktəblərdə tənəffüs vaxtı zəngin çalınmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Kazus.az-ın xəbərinə görə, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Report”a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib:

“Məktəblərdə zəngin çalınıb-çalınmamasının nə mənası var? Hər halda şagirdlərin dərsə girməsi ilə bağlı bilmirəm hansı işarədən istifadə etmək olar. Amma zəngin çalınmaması məsələsindən məlumatlı deyiləm”.

Qeyd edək ki, mətbuatda yer alan məlumata görə, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva məktəblərə məktubla müraciət edib. Məktubda tənəffüs zamanı dəhlizlərdə və həyətyanı sahədə şagird sıxlığını azaltmaq məqsədilə ənənəvi qaydada zəng çalınmayacağı qeyd olunub.

Xatırladaq ki, Cəsarət Valehov əksər hallarda jurnalistlərin suallarını cavablandırmaqdan yayınan sözçü kimi tanınır. Bu barədə sosial şəbəkələrdə jurnalistlər çoxlu sayda statuslar yazıb, onunla bağlı dəfələrlə mətbuatda da tənqidi yazılar dərc olunub.