• Şənbə, 17 Aprel, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Daha bir koronavirus xəstəsi saxlanıldı

Qubadlının Məmər kəndi - VİDEO

Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi və digər vətəndaşlarla ünsiyyətdə olduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Kazus.az-a verilən məlumata görə, Corlu kənd sakini Sübhan Mahmudovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün evdə müalicə almasına baxmayaraq, həmin şəxs Mirzəbəyli kəndi ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

S.Mahmudov barəsində Qəbələ RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.