• Cümə axşamı, 4 Mart, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Döyüşlərdən qayıdanlarla bağlı komissiyaya müraciətlərin sayı AÇIQLANDI

Son sutkada yoluxanların sayı açıqlandı

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya bu günə qədər 1 751 nəfər vətəndaş qəbul edilib.

Kazus.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

Onun sözlərinə görə, komissiyanın Füzulidə yerləşən səyyar qrupu tərəfindən isə 202 müraciətə baxılıb: “Vətəndaşlara lazımı qaydada köməkliklərin göstərilməsi üçün bütün tədbirlər görülür".