• Şənbə, 24 Oktyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Döyüşlərin 9-cu günü: düşmənin hücumlarına məruz qalan Tərtərdən - VİDEOREPORTAJ

Ali Baş Komandan: "Onların ordusu qaçır"

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycana qarşı törətdiyi təxribat nəticəsində başlayan gərgin döyüşlər davam edir.

Kazus.az-ın məlumatına görə, ​​​​​​​​bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir.

Düşmən Azərbaycanın dinc əhalisini hədəf alır, mülki vətəndaşlara qarşı dövlət terroru həyata keçirir.

Bu gün - oktyabrın 5-i döyüşlərin 9-cu günüdür. Bugünədək ermənilər Tərtər şəhərini və rayonun kəndlərini ağır artilleriya və raketlərdən atəşə tutur. Nəticədə mülki şəxslər həlak olur, yaralılar var. Lakin buna baxmayaraq, Tərtər sakinləri şəhəri tərk etmirlər. 

"Report"un əməkdaşı ilə söhbətləşən şəhər sakinləri Azərbaycan Ordusuna güvəndiklərini bildirirlər. Onlar qeyd edirlər ki, şəhər və kəndlərdə həyat öz axarı ilə davam edir, işğaldakı kəndlərimizin düşməndən azad olunması xəbərlərini isə böyük sevinclə qarşılayırlar.  

Qeyd edək ki, sentyabrın 27-dən oktyabrın 4-dək düşmən Tərtərdə ümumilikdə 17 sosial obyektə, 250 evə ziyan vurub, 59 ev tamamilə dağıdılıb, 8 mülki şəxs həlak olub, 33 nəfər isə yaralanıb.