• Bazar günü, 17 Yanvar, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Əli Həsənov bağlanan şirkətlərin ona aid olduğunu etiraf etdi

İcra başçısı müavinini vəzifədən azad etdi

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib.

Kazus.az xəbər verir ki, keçmiş şöbə müdiri Ə.Həsənоv bağlanmış şirkətlərin onun ailə üzvlərinə aid olduğunu etiraf edib.

Ə.Həsənov bu barədə feysbuk hesabında paylaşdığı statusda istifadəçilərdən birinin ona verdiyi suala cavab olaraq, həmin şirkətlərin qohumları və ailə üzvlərinə aid olduğunu təsdiqləyib.

“Əslində, bu materialda Vergilər Nazirliyinin yaydığı adi bir elandan başqa heç nə yoxdur. Nazirliyin öz xətti ilə xidməti məlumat kimi yaydığı həmin elanda söhbət ayrı-ayrı vaxtlarda mənə yaxın şəxslər tərəfindən qeydiyyatdan keçirilmiş strukturların, hazırda heç bir fəaliyyət göstərmədiyinə görə bağlanması haqqında müraciətindən gedir”, Ə.Həsənov bildirib.

Qeyd edək ki, “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib. Bu şirkətlərin ləğv olunmasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti dərc edib. Adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.