• Cümə, 22 Yanvar, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Erməni əsirliyində olan Aminin yeni FOTOSU YAYILDI

Suqovuşanda üz-üzə döyüşdə erməni zabitini məhv edən cəsur əsgər - VİDEO

Rusiyanın “İnfoteka24. ru” saytı erməni əsirliyində olan azərbaycanlı Amin Musayevin yeni fotosunu yayıb.

Kazus.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, Amin sağdır və müalicə olunur.

Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər.

Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat olsa da, erməni tərəfi təkzib edirdi.

Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşmışdı.

Amin Musayev və Bayram Kərimovla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-yə müraciət ünvanlanıb. /qafqazinfo/