• Şənbə, 24 Oktyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Ermənilər Tərtəri atəşə tutur, 300-ə yaxın mərmi atıldı - VİDEO

Ali Baş Komandan: "Onların ordusu qaçır"

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutmaqda davam edir.

Kazus.az-ın məlumatına görə, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır, vətəndaşları ağır artilleriya atəşəinə tutur.

Məlumata görə, bu gün ərzində ermənilər tərərindən Tərtər şəhərini və ətraf kəndləri - Qazyan, Yuxarı Qaradağlı, Səhləbat və Əskipara kəndi ərazisinə ümumilikdə 300-ə yaxın top mərmisi atılıb.

Hazırda zərər dəymiş evlərin sayı araşdırılır.

İlkin məlumata görə, 10-dan çox evə ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Düşmənin rayon ərazisinə dayanmadan atdığı top mərmilərinin partlaması nəticəsində göyə tüstü qalxır.

Azərbaycan Ordusu tərəfindən ermənilərə adekvat cavab tədbirləri görülür.