• Cümə axşamı, 4 Mart, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

"Ermənistanın hazırkı hakimiyyəti müharibədən nəticə çıxarıb" - Əsəd Məmmədov yazır

Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib - VİDEO

"“Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb”. Prezident İlham Əliyev bu fikri ilə Azərbaycanın qəti mövqeyini bir daha ifadə etməklə yanaşı, Rusiyanın da mövqeyini Vladimir Putinə və Nikol Paşinyana xatırlatmış oldu".

Bunu Kazus.az-a açıqlamasında siyasi şərhçi Əsəd Məmmədov deyib.

Onun sözlərinə görə, bu görüş həm də regionun yeni əməkdaşlıq astanasında olduğunu və regional əməkdaşlıq üçün böyük perspektivlərin açıldığını, həmçinin tərəflərin bu istiqamətdə fəaliyyətə hazır olduqlarını bir daha nümayiş etdirib: "Bununla bərabər, Azərbaycanın 3+3 və ya altıtərəfli əməkdaşlıq platformasının yaradılması təşəbbüsünün reallaşmağa yaxın olduğunu göstərdi. Paşinyanın münaqişənin bitməməsi və statusla bağlı səsləndirdiyi fikirlər isə onun ölkəsindəki vəziyyət, o cümlədən erməni xalqının narazılığı fonunda başadüşüləndir. “O bu cür danışmalı idi və danışdı”. Lakin Paşinyan “Gizlətmirəm, bu bəyanatdakı razılaşmaların reallaşması bizim regionun iqtisadi obrazını və simasını, sadəcə, dəyişə bilər. İqtisadi yeniliklər təhlükəsizliyin daha etibarlı qarantiyalarına gətirib çıxara bilər və biz, əlbəttə, bu istiqamətdə konstruktiv iş aparmağa hazırıq” fikirini səsləndirməklə və bəyanata imza atmaqla dolayı yolla Ermənistanın Azərbaycanın tələbləri ilə razılaşdığını təsdiqləmiş oldu".

"Bu qənaətə gəlmək üçün isə Azərbaycan Prezidentinin Türkiyə Prezidenti ilə görüşün ardından mətbuata bəyanatında 3+3 əməkdaşlıq platformasından danışarkən səsləndirdiyi fikri xatırlatmaq kifayətdir: “Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər”. Yəni, belə nəticəyə gəlmək olar ki,ən azından Ermənistanın hazırkı hakimiyyəti müharibədən nəticə çıxarıb və iddialarından əl çəkməyə və gələcək əməkdaşlığa hazırdır. Təbii ki, bağlı qapılar arxasında 4 saatdan çox davam edən görüşdə başqa mühüm məqamlar da müzakirə edilib və hadisələrin gedişi bu görüşün təfərrüatları ilə bağlı daha geniş təsəvvür yaradacaq", Ə.Məmmədov əlavə edib.