• Cümə axşamı, 4 Mart, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın olub

Son sutkada yoluxanların sayı açıqlandı

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.

Bu barədə Kazus.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuatxidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında geyim əşyaları 1 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.