• Çərşənbə, 5 Avqust, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

"Hacı Beyləqanski"yə ağır cəza - VİDEO

Azərbaycanda əxlaqsızlıq yuvası aşkarlandı - FOTO

Kriminal aləmdə "Hacı Beyləqanski" kimi tanınan "qanuni oğru" Hacıbaba Talıbxanlıya hökm oxunub.

Kazus.az-ın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional şöbəsinin rəsmi nümayəndəsi açıqlama verib.

Kriminal avtoritet Moskvada məhkəmə qarşısına çıxarılıb. Qətldə ittiham olunan Hacıbaba Talıbxanlı məhkəmənin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın məlumatına görə, 19 aprel 2012-ci ildə etnik cinayətkar qrupun üzvü kimi "Hacı Beyləqanski" rəqib qrupun üzvü və qadın tanışının olduğu avtomobilə bir neçə atəş açıb. Kişi aldığı yaralardan ölüb, qadın isə reanimasiyaya yerləşdirilib.

"Lenta.ru"nun əldə etdiyi məlumata görə, öldürülən şəxs Aslan Usoyanın yəni "Ded Xasan"ın tərəfdarı İlqar Əliyev olub.

İstintaq çərçivəsində müəyyən edilib ki, təqsirləndirilən şəxsin cinayəti törətməsinə əsas səbəb kriminal aləmdə statusunu möhkəmləndirmək istəyi olub. İstintaq təqsirləndirilən şəxsin cinayətdə iştirak etməsi barədə təkzibolunmaz dəlillər əldə edib.

“Hacı Beyləqanski” cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Qeyd edək ki, “Hacı Beyləqanski” 2016-cı ildə İstanbulda qətlə yetirilən "qanuni oğru" “Rövşən Lənkəranski”nin yaxın dostu olub.



Loading...