• Çərşənbə, 5 Avqust, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Həbib Nurməhəmmədov son döyüşünün vaxtını AÇIQLANDI

Azərbaycanda əxlaqsızlıq yuvası aşkarlandı - FOTO

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun Jorj Sen-Pyerlə döyüşünün vaxtı müəyyənləşib.

Kazus.az xəbər verir ki, bu barədə 32 yaşlı idmançı sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, kanadalı döyüşçü ilə 2021-ci ilin aprelində qarşılaşacaq.

İndiyədək 28 döyüş keçirən Nurməhəmmədov 30 görüşdən sonra karyerasını başa vuracağını deyib. Bu mənada, Sen-Pyerlə qarşılaşma onun üçün sonuncu ola bilər.

Qeyd edək ki, Həbibin növbəti rəqibi isə müvəqqəti çempion Castin Geyci olacaq. Onlar arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.



Loading...