• Şənbə, 24 Oktyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Hərbi vəziyyətin tətbiq edildiyi rayonlar açıqlandı

Ali Baş Komandan: "Onların ordusu qaçır"

“28 sentyabr saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib".

Kazus.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Naftalan, Beyləqan, Ağdam, Göygöl, Ağstafa və digər şəhər və rayonlarda saat 21:00-dan 6:00-dək hərbi vəziyyət elan edilib: "Xüsusi giriş çıxış müəyyən edilib".