• Cümə, 4 Dekabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Milli Məclis Xocalının Quşçubaba kəndinin Baharlı adlandırılmasını təsdiqlədi

MN: 1 245 hərbi qulluqçumuzun müalicəsi davam etdirilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Kazus.az-ın xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.