• Bazar günü, 17 Yanvar, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Minaya düşərək şəhid olan zabitimiz dəfn edildi - VİDEO

İcra başçısı müavinini vəzifədən azad etdi

Yanvarın 12-də  şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti dəfn edilib.

Kazus.az xəbər verir ki, bu gün Gəncə şəhərində DSX-nin şəhid olmuş kapitanı, 1988-ci il təvəllüdlü Muxtarov Sənan İlqar oğlu ilə vida mərasimi keçirilib.

Mərasimdə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib. Vida mərasimindən sonra şəhid S.Muxtarov Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, şəhidimizin atası İlqar Muxtarov da I Qarabağ Müharibəsi iştiraçısı olub, şəhidin qardaşı isə zabitdir, N saylı hərbi hissədə xidmət edir.

Qeyd edək ki, S.Muxtarov ötən gün Zəngilan rayonu ərazisində avtomobillə hərəkətdə olarkən minaya düşüb. Nəticədə S.Muxtarov şəhid olub, sürücüsü isə ağır yaralanıb.

Allah rəhmət eləsin!