• Şənbə, 24 Oktyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Politoloq: "Yaşa, mənim Prezidentim, Ali Baş Komandan!"

Ali Baş Komandan: "Onların ordusu qaçır"

"Çox sevindirici haldır ki, artıq ATƏT-in Minsk Qrupunun oyunları bitdi və şanlı Azərbaycan Ordusu öz sözünü deyərək düşmən tapdağındakı torpaqlarımızı azad edir". 

Kazus.az-ın məlumatına görə, bunu Axeber.az-a açıqlamasında sabiq millət vəkili, politoloq Yusif Bağırzadə Azərbaycan Ordusunun erməni təxribatının qarşısını almaq məqsədilə keçirdiyi əks-hücum əməliyyatına münasibət bildirərkən deyib. 

Politoloq bildirib ki, artıq ordumuzun zəfər xəbərləri gəlməkdədir: "Bildiyiniz kimi, uğurlu əməliyyat nəticəsində düşmənin hərbi qüvvəsinə böyük ziyan vurulub. Və əks-hücum nəticəsində işğal altında olan 7 yaşayış məntəqəsi işğaldan azad edilib. Eyni zamanda bir neçə strateji yüksəkliklər tutulub. Bu münasibətlə mən də hər bir Azərbaycan vətəndaşını təbrik edirəm". 

Y. Bağırzadə təəssüflə qeyd edib ki, işğalçıya layiqli cavab verən ordumuz itkiyə də məruz qalıb: "Vətənimizin hər qarışı uğrunda həlak olan və şəhidlik zirvəsinə ucalan vətənpərvər hərbçilərimizə Allahdan rəhmət diləyirəm və yaxınlarına baş sağlığı verirəm. 

Mən ilk növbədə bir vətəndaş və siyasətçi kimi Ali Baş Komandan İlham Əliyevin əmrinə tabeyəm. Səfərbərlik elan olunarsa, hamımız cəbhəyə getməyə hazırıq. Əminəm ki, Ali Baş Komandanın qətiyyəti və ordumuzun şücaəti ilə işğal edilmiş torpaqlarımızın qalan hissəsini də azad edəcəyik. 

Yaşa, şanlı Azərbaycan Ordusu!

Yaşa, mənim Prezidentim, Ali Baş Komandan!" - deyə, politoloq Yusif Bağırzadə vurğulayıb.