• Bazar ertəsi, 8 Mart, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Qaniçən “azərbaycanlı general”ın Qarabağdakı malikanəsi - VİDEOREPORTAJ

Bakıda qadın başına dəmir düşməsi nəticəsində öldü

Kanal Nasibli “youtube” kanalı Xocavənd rayonunun Edilli kəndi ərazisində yerləşən qondarma separatçı-terrorçu rejimin qanunsuz “milli təhlükəsizlik xidməti”nin keçmiş “rəisi” “general” Kamo Ağacanyanın vaxtı ilə yaşadığı evindən videoreportaj hazırlayıb.

Kazus.az-ın xəbərinə görə, ikimərtəbəli evdə Kamo Ağacanyan vaxtı ilə valideynləri ilə birgə yaşayıb.

O, bu kənddə doğulub, bu kənddə böyüyüb, bu kəndin suyundan içib.

Qeyd edək ki, Kamo Ağacanyan 1971-ci ildə Edilli kəndində doğulub. 1989-cu ildə həmin kəndin orta məktəbini bitirib, Sovet ordusu sıralarında xidmət edib. O, daha sonra ermənilərin Azərbaycan torpaqlarını işğal edən zaman düşmən tərəfindən Ordumuza qarşı vuruşub, “xidmətləri” sayəsində qondarma respublikada “yüksək vəzifələr”də çalışıb.

Həmin videoreportajı təqdim edirik: