• Çərşənbə, 5 Avqust, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Qapalı məkanda COVİD-19-un 8 metrədək məsafədə yoluxması təsdiqləndi

Azərbaycanda əxlaqsızlıq yuvası aşkarlandı - FOTO

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bir neçə ay öncə Almaniyada ət istehsal edən böyük məkanda koronavirusa kütləvi yoluxma halı ilə bağlı aparılan elmi tədqiqatın nəticələrinə münasibət bildirib.

Kazus.az xəbər verir ki, bu barədə Lent.az-a açıqlama verən Nuran Abdullayev bununla bağlı Almaniyada aparılan elmi tədqiqatın artıq ötən həftə bitdiyini söyləyib. Onun sözlərinə görə, tədqiqat hələ elmi jurnalda tam dərc olunmadığına baxmayaraq müəlliflər nəticələrin mühüm hissəsini açıqlayıblar.

Tədqiqatla müəyyənləşib ki, 3 gün ərzində iki nəfər eyni müəssisədə çalışan 140 adamı virusa yoluxdurub:

"Aparılan elmi tədqiqatda pəncərəsi olmayan, yəni təmiz hava daxil olmayan qapalı məkanda virusun 8 metr məsafəyə qədər insanları yoluxdura biləcəyi müəyyənləşib. Təbii ki, bu da yalnız aerozollar vasitəsilə mümkündür. Həmçinin tədqıqatçılar həmin məsafədə virusun yoluxdurma mümkünlüyünü qapalı yerdə havalandırma sisteminin düzgün işləməməsi ilə əlaqələndiriblər. Yəni həmin məkanın havalandırılması eyni soyuq havanın sirkulasiya edilməsi ilə tənzimlənirmiş və havalandırma sistemi bu qapalı otağa təmiz hava vurmaq iqtidarında deyilmiş. Ona görə də bu, yoluxma halının daha da sürətlə yayılmasına səbəb olub”.

“Düşünürəm ki, Azərbaycanda da pəncərəsi olmayan və ya təmiz hava daxil olma imkanı olmayan qapalı məkanlarda havasoyuduculardan istifadəyə xüsusi diqqət yetirilməli, onların bu məkana təmiz hava vurma imkanı araşdırılmalı və belə məkanlarda virusun hətta 8 metr məsafədən insanı yoluxdurması potensialı nəzərə alınmalıdır" - deyə N.Abdullayev bildirib.



Loading...