• Çərşənbə, 5 Avqust, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

“Quli” ləqəbli şəxs tutuldu - FOTO

Azərbaycanda əxlaqsızlıq yuvası aşkarlandı - FOTO

Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib. 

Kazus.az xəbər verir ki, Səbail RPİ Narkotiklə mübarizə bölməsi və 8-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar aləmdə “Quli” ləqəbi ilə tanınan Ağaqulu Əzizovun üzərindən 11 bükümdə, ümumi çəkisi 5,180 qram çəkidə marixuna aşkar olunaraq götürülüb. 

Şübhəli şəxs ətrafında davam etdirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 2 ədəd sellafonda qablaşdırılmış, ümumi çəkisi 3 kq 485 qram narkotik vasitə olan marixuna aşkarlanıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsiylə cinayət işi başlanıb, əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Quli” ləqəbli şəxs saxlanıldı



Loading...