• Şənbə, 23 Yanvar, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Sabiq prokurorluq əməkdaşının məhkəməsi başlayır

Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi - VİDEO

Bakıda rüşvət verməkdə təqsirləndirilən Bakı şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov, Fərid Eldarov və Mətləb Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Kazus.az xəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham verilib.

Bakı şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkumluq həyatı yaşayıb. 

Belə ki, o, 2018-ci ildə vətəndaşlara 150 min manatdan çox dələduzluq edib. S. Nəsirov həmin vaxt Baş prokurorun əmri ilə  prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi S.Nəsirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Daha sonra prokurorluq kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə də qərarı dəyişməyib.