• Bazar ertəsi, 8 Mart, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Sevil Atakişiyevanın özünü binadan atması ilə bağlı cinayət işi başlanıldı

Ağdamın Suma kəndi - VİDEO

Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Kazus.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, S.Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilən binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanan materiallar əsasında Xətai Rayon Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

"Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirillir", - Baş Prokurorluqdan bildirilib.