• Cümə axşamı, 22 Oktyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

TƏBİB-də yeni təyinat oldu

Ermənilər Füzulidə narkotik istehsal edirmişlər - VİDEO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)  V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat olub.

TƏBİB-dən Kazus.az-a verilən məlumata görə, bu vəzifəyə Akif İrzaxan oğlu Qurbanov gətirilib. 

Tibb üzrə elmlər doktoru, professor Akif Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 iyun tarixli Sərancamı ilə “Əməkdar müəllim” adına layiq görülüb.

Bundan öncə, 2005 – 2011 Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti, 2012- 2019 Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri olaraq çalışıb.

Eyni zamanda, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Tədris-Klinik Mikrobiooji Laboratoriya həkimi, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.