• Çərşənbə, 5 Avqust, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Telekanal rəhbərinə 4 il həbs cəzası verildi - FOTO

Azərbaycanda əxlaqsızlıq yuvası aşkarlandı - FOTO

Gürcüstanın müxalif “Mtavari arxi” telekanalının təsisçilərindən biri, iş adamı Giorgi Rurua 4 il müddətinə azadlıqdan məhrum olunub.

Kazus.az xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.

G.Rurua ötən ilin noyabrında odlu silahın qanunsuz əldə olunması və saxlanılması faktı üzrə tutulub.

Qeyd edək ki, Gürcüstan müxalifəti G.Ruruaya qarşı cinayət işinin dayandırılmasını tələb edir və onu siyasi məhbus adlandırıb. Müxalifət iddia edir ki, telekanal təsisçisinin azad olunması bu ilin martın 8-də parlament seçkiləri ilə bağlı hakimiyyət ilə əldə edilən razılaşmanın şərtlərindən biri olub. /report.az/

Gürcüstanda  telekanal rəhbərinə 4 il həbs cəzası verilib



Loading...