• Şənbə, 6 Mart, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Tərtərdə mülki şəxsin minaya düşməsi ilə bağlı araşdırmalara başlanıldı

YAP-ın İcra Katibliyi ləğv edildi

Fevralın 22-si saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər Rayon Prokurorluğundan Kazus.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.