• Şənbə, 24 Oktyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Tərtərdə son vəziyyət: 400 mərmi atılıb, 10-dan çox evə və məktəbə ziyan dəyib - VİDEO

Ali Baş Komandan: "Onların ordusu qaçır"

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir.

Kazus.az-ın məlumatına görə, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 14-də düşmən tərəfindən rayon ərazisinə 400-ə yaxın mərmi atılıb.

Nəticədə 1 mülki şəxs ölüb, 9 nəfər yaralanıb. Həmçinin AZTV-nin çəkiliş qrupu Tərtərin Düyərli kəndində olarkən yaxınlıqlarına düşmən tərəfindən top mərmiləri atılıb. Nəticədə AZTV-nin sürücüsü Namiq Qəmbərov xəsarət alıb.

Gün ərzində Tərtər rayon ərazisinə düşən top mərmiləri nəticəsində 10-dan çox mülki evə və Düyərli kənd tam orta məktəbinə ziyan dəyib.

Sentyabrın 27-dən oktyabrın 14-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atılan top mərmiləri nəticəsində ümumilikdə Tərtər rayonunda 10 nəfər ölüb, 49 nəfər yaralanıb.