• Cümə axşamı, 22 Oktyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Vilayət Eyvazov işdən çıxarılan polis rəisinin yerinə onu təyin etdi - VİDEO

Ermənilər Füzulidə narkotik istehsal edirmişlər - VİDEO

Video əlavə olunub

***10:11 

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Kazus.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovniki Elsevər Qədirov vəzifədən azad edilərək, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin (PŞ) rəisi təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Daxili İşlər naziri, general-polkovnik V.Eyvazovun müvafiq əmri ilə Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi Lətif Cahangirov işdən çıxarılıb.