• Şənbə, 28 Noyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Yerevanda etirazçıların üstünə avtomobil sürülüb - VİDEO

AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçıların üstünə avtomobil sürülüb.

Kazus.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Hadisənin görüntüləri “Lurer” TV “Yotube” kanalında yayılıb. Video-kadrlardan məlum olur ki, bir neçə etirazçı əl-ələ tutaraq yolu bağlayıblar. Bu zaman yolda hərəkət edən mikroavtobus sürətlə kütlənin üzərinə sürülür və etirazçıları vurub yıxaraq ərazidən uzaqlaşır. Mikroavtobus aksiya iştirakçısı olan qadını sürüyür.

Qeyd edək ki, Yerevan polisi küçərləi bağlayan 24 etirazçını saxladığını bildirib.

Xatırladaq ki, noyabrıən 19-da Nikol Paşinyanın istefasını tələb edən aksiyaçılar Yerevanın mərkəzi küçələri bağlamışdı. Polis yolları aksiyaçılardan artıq təmizləyib.