• Şənbə, 8 May, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Aprel döyüşləri şəhidinin büstünün açılışında cəlilabadlı gənclər də iştirak edib

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

Astara rayonunun Əzərüd kəndində Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun xatirəsinə ucaldılmış büstün açılış mərasimi olub.

Kazus.az xəbər verir ki, şəhidin ev muzeyinin qarşısında ucaldılan abidənin açılış mərasimində onun ailə üzvləri, yaxınları, Astara Rayon İcra Hakimiyyətinin, rayon Polis Şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Həmçinin açılış mərasiminə Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, tarixçi Ələsgər Mirzəzadə, “Kanal15” saytının rəhbəri Hamid Babaşov və Vətən müharibəsi qazisi Simran Əlizadə də qatılıb.

Qeyd edək ki, Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində anadan olub.1986-1998-ci illərdə Asxanakəran tam orta məktəbində orta təhsil alıb.1999-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan Ordusunda şərəflə xidmət edib.

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlərdə iştirak edib. O, çoxlu sayda düşmənin məhv edilməsində igidliyi ilə fərqlənib və aprelin 3-də şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb.

Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. O, daha əvvəl 2015-ci ildə ölkə Prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib.