• Bazar ertəsi, 28 Sentyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Azərbaycanda daha 114 nəfər COVID-19-a yoluxdu

Rusiya XİN: Tərəfləri danışıqlara başlamağa çağırırıq

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Kazus.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 998 nəfər müalicə olunaraq sağalıb, 566 nəfər vəfat edib, aktiv xəstə sayı 1 953 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 921, bu günə qədər isə ümumilikdə 1 020 029  test icra olunub.