• Şənbə, 17 Aprel, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Azərbaycanda mövcüd iqtisadi mühit: Nüfuzlu korporasiyaların sərbəst fəaliyyəti

Qubadlının Məmər kəndi - VİDEO

Bu gün Azərbaycanın yerləşdiyi coğrafi mövqe, iqtisadi siyasi sabitlik, investorların yatıra biləcəyi kapitalın qorunması istiqamətində qəbul edilmiş zəruri hüquqi, iqtisadi və təşkilatı bazanın formalaşması ona əsas verir ki, hər il ölkəyə daxil olan gəlirlərin sayı artan temp üzrə çoxalsın.

Neft sektorundan əldə olunmuş gəlirlər bu gün, iqtisadiyyatın digər sahələrinə uğurla yatırılır. Artıq Azərbaycanın enerji məhsullarından əlavə digər sahələr üzrə istehsal olunmuş məhsulları da, dünya bazarına çıxarılır. Bütün bu qeyd olunan iqtisadi nailiyyətlər ölkə başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu siyasi iradənin nəticəsində mümkün olmuşdur. Artıq Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub.

Regionda 30 ilə yaxın bir müddətdə davam edən münaqişə Azərbaycanın böyük Zəfəri ilə yekunlaşmışdır. Bütün dünya dövlətləri əyani şahidi oldular ki, Ermənistanın talançılığı, vandalizmi nəticəsində regionun infrastrukturu yox səviyyəsinə gətilrilib. Düşmən işğal altında olan torpaqlarımızda insanlığa heç cür sığmayan vəhşiliyə imza atıb. Bütün iqtisadi müəssisələr darmadağın edilərək , fəaliyyətləri iflic olub. Biz bütün bu vəhşilik nəticəsində viranə qalan dilbər güşələrimizin əvvəlki şöhrətini, nüfuzunu özünə qaytaracağıq. Buna bizim həm iqtisadi, həm də maddi gücümüz tam imkan verir.

İlk növbədə işğaldan azad edilən ərazilərə investisiya qoyuluşunu etibarlı şəkildə həyata keçirmək üçün həmin ərazilərdə təhlükəsizlik məsələləri-yəni ərazilərin mina və digər partlayıcı silahlardan təmizlənməsi işləri həyata keçirilir. Bu sahədə Azərbaycana dəstək verən dünyanın nüfuzlu şirkətləri Ölkəmizə dəvət olunublar və bu sahədə operativ işlər aparılmaqdadır. İşğaldan azad edilən ərazilərdə normal həyat şəraitinin yaradılmasında, iqtisadiyyatın dirçəldilməsində, kommunikasiya xətlərinin çəkilməsində, istərsə də şəhərsalma sahəsində Azərbaycanın kifayət qədər təcrübəsi var. Bu gün regionda sürətli böyük iqtisadi layihələr icra olunmaqdadır. Azərbaycan investisiya qoyuluşunda iştirak etmək istəyən şirkətlər arasında ilk növbədə, Azərbaycanın müttəfiqi olan dövlətlərin nüfuzlu şirkətlərinə üstünlük verəcəkdir.

Bu məsələdə sözsüz ki, qardaş Ölkənin şirkətləri liderlik edir. Aparılan yenidənqurma və bərpa  işlərinin sonunda qeyd olunan ərazilər dünyanın ən gözəl güşələrindən birinə çevriləcək və bu region dövlətləri ilə yanaşı dünya dövlətlərinin də investisiya yatırmaq istədikləri regionlardan birinə çevriləcəkdir.

Vüsalə Məcidova