• Şənbə, 8 May, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Balakən və İsmayıllıda reyd keçirildi, sürücülər cərimələndi

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

Balakən və İsmayıllıda yol polisi əməkdaşları küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Kazus.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı piyada səkilərini və avtobus dayanacaqlarını zəbt edən, eləcə də müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan sürücülərlə profilaktik söhbətlər aparılıb.

Bu kimi halların digərlərinin də haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb. Dayanma-durma qaydalarını pozduqları üçün həmin avtomobil sahibləri barəsində inzibati protokol tərtib olunub.

Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.