• Çərşənbə axşamı, 22 Sentyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Bərdədə anası və bacısını öldürdü - MƏHKƏMƏ

Övladını məktəbə göndərməkdən imtina edənlərin sayı AÇIQLANDI

İyunun 1-də Bərdə rayonu, Alaçadırlı kənd sakinləri Nəzirə Zeynalova və qızı Əminə Zeynalovanın odlu silahla qəsdən öldürülmələri faktı üzrə Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Kazus.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla Toğrul Zeynallının şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq anası Nəzirə Zeynalova və bacısı Əminə Zeynalovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin Toğrul Zeynallının yaşadığı Alaçadırlı kəndi ərazisində 7 ədəd ümumi təmiz çəkisi 166 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərərək kultivasiya etməsinə şübhələr üçün əsaslar müəyyən eilib.

Toğrul Zeynallı təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.