• Çərşənbə axşamı, 22 Sentyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Bərdədə bacısını və polisi öldürmək istədi - MƏHKƏMƏ

Övladını məktəbə göndərməkdən imtina edənlərin sayı AÇIQLANDI

Mayın 30-da Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində Vüsalə Cəfərova və Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı Eşqin Məmmədova bıçaq zərbələri vurularaq qəsdən öldürülmələrinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Kazus.az-a Bərdə rayon prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla qeyd edilən tarixdə Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olan məlumat əsasında hadisə yerinə gedən rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana daxil olarkən Vüsalə Cəfərova azyaşlı qızı ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərovun əlindəki bıçaqla sonuncunu təqib edərək ona xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalə Cəfərovanın öldürülməsinin qarşısını alan rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Eşqin Məmmədova da bıçaqla xəsarət yetirərək qəsdən öldürməyə  cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Elçin Cəfərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilən və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.