• Cümə, 22 Yanvar, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Cəlilabadda dinləyib-anlama bacarığının inkişafı ilə bağlı layihə icra olunur

Suqovuşanda üz-üzə döyüşdə erməni zabitini məhv edən cəsur əsgər - VİDEO

Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin yekunlarına əsasən, fərdi kateqoriya üzrə qalib gəlmiş layihələrdən biri də Cəlilabad rayonu, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Əmrahovanın rəhbərlik edəcəyi “Ana dilimizdə dinləyib-anlama bacarığının inkişafı” layihəsidir.

Kazus.az xəbər verir ki, layihənin əsas məqsədi təhsilalanlarda Azərbaycan dili fənninin “Dinləyib-anlama və danışma” məzmun xəttinin keyfiyyətli şəkildə reallaşması üçün təlimlərin təşkil edilməsi və resursların hazırlanmasıdır.

Layihənin qarşısında şagirdlərdə Azərbaycan dili üzrə dinləyib-anlama bacarığının inkişafı təlimlərinin təşkil edilməsi, müəllimlərlə Azərbaycan dili fənnindən “dinləyib-anlama və danışma” məzmun xətti üzrə praktik işin aparılması təlimlərinin təşkil edilməsi, Azərbaycan dili üzrə “dinləyib-anlama və danışma” bacarığının inkişafı məqsədilə mətnlərin, sualların, və audio resursların hazırlanması və çap edilməsi kimi vəzifələr durur.

01.11.2020-ci il tarixində layihənin onlayn təqdimatı təşkil edilmiş və təlimlərə start verilib. Təlimə müxtəlif orta təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri və 9-cu şagirdləri cəlb edilmişdir.

Layihənin reallaşmasında iştirak edəcək komanda üzvləri aşağıdakılardır:

Ekspert Aliyə Əhmədova, peşəkar təlimçi Aidə Ələkbərova, mühasib Ramil Süleymanovdur.

Layihənin icra müddəti 15.10.2020-15.01.2021 dövründə, 3 ay müddətində davam edəcək. Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.