• Şənbə, 17 Aprel, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Cəlilabadda idmançı qazilərlə görüş keçirildi - FOTO

Qubadlının Məmər kəndi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş "5 Mart Bədən Tərbiyəsi və İdman günü" Respublikamızın hər yerində olduğu kimi bu il də Cəlilabad rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 4 mart 2021-ci il tarixdə Cəlilabad Heydər Əliyev Mərkəzində rayonumuzun idman sahəsində yüksək nailiyyətlər qazanmış bir qrup Vətən müharibəsi qaziləri və iştirakçıları ilə görüş keçirilib. 

Kazus.az xəbər verir ki, görüş zamanı cəbhədə göstərdiyi şücaətə görə hər bir vətəndaşın qazi və müharibə iştirakçılarımızla fəxr hissləri keçirdiyi qeyd olunub.

Bildirilib ki, Azərbaycan dövləti hər zaman onların yanındadır. Müharibə iştirakçıları Ali Baş Komandanın tapşırığı ilə keçirilən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasından fəxrlə söhbət açıblar. 

Tədbirin sonunda Vətən müharibəsində şücaət göstərmiş idmançılarımız Cəlilabad rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar. 

Görüş pandemiya qaydalarına uyğun şəkildə keçirilib.