• Şənbə, 8 May, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Cinayət Məcəlləsinə şəhidi alçaldanların cəzalandırılması ilə bağlı maddənin əlavə edilməsi təklif olundu

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

Azərbaycanın Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması üçün maddənin əlavə edilməsi təklif olunub.

Kazus.az xəbərinə görə, bu təkliflə Milli Məclis deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Bu günlərdə bəzi şəxslər şəhidlərimizə dil uzadır. Bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması ilə bağlı maddə əlavə edilməlidir. Bunu edənlərə qarşı da ən sərt cəza tədbirləri görülməlidir”, - deputat bildirib. /Report.az/