• Şənbə, 17 Aprel, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Daha bir cüdoçumuz medal qazandı

Qubadlının Məmər kəndi - VİDEO

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bürünc medal qazanıb.

Kazus.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə özbəkistanlı Şerməhəmməd Jandreyevi məğlubiyyətə uğradıb.

Bu, Azərbaycanın Böyük Dəbilqədə ikinci medalı olub. Martın 6-da Rüstəm Orucov (73 kq) da bürünc medal qazanıb.

Qeyd edək ki, Böyük Dəbilqəyə bu gün yekun vurulacaq.