• Çərşənbə axşamı, 19 Yanvar, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Dövlət bayrağını təhqir edən tələbə universitetdən qovuldu

Azərbaycanda daha bir erməni terrorçu barəsində cinayət işi açıldı

Bakı Dövlət Universiteti Dövlət bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yayıb.

Kazus.az xəbər verir ki, məlumatda bildirilir:

"Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu bir neçə dəfə dərs zamanı Universitetin daxili nizam-intizam qaydalarını pozub. Bu barədə tələbəyə və valideyninə məlumat verilib, Universitetin daxili nizam-intizam qaydalarına əməl etməsinin vacibliyi izah olunub.

Lakin Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozub, həmçinin şəhidlərimizin qanı ilə boyayıb, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edib.

Bildiririk ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Qanunun 11-ci maddəsinə görə “Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.”

Azərbaycan Respublikasının rəmzlərinə qarşı istənilən təhqir yolverilməzdir və məsuliyyətə səbəb olur.

Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib.. Bu haqda özü və valideyni (atası) Bakı Dövlət Universitetinə çağırılıb, etdiyi hərəkətlər haqqında məlumat verilib.

Bildiririk ki, sosial şəbəkələrdə tələbənin valideyninin Qarabağ qazisi olması ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılır. Pərviz Məhəmmədovun atası Əlipənah Məhəmmədov Birinci və İkinci Qarabağ savaşında iştirak etmədiyini bildirib".