• Çərşənbə axşamı, 15 İyun, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Arustamyan Bakıya gələ bilməyəcək - YENİLƏNİB

Azərbaycan əhalisinin sayı açıqlandı

Erməni əsilli jurnalist və idman şərhçisi Nobel Arustamyan Azərbaycanda keçiriləcək “AVRO-2020” matçlarında işləmək üçün akkreditasiya almayıb. O, futbol oyununu şərh etmək üçün Bakıya gələ bilməyəcək.

Kazus.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə diplomatik mənbədən məlumat daxil olub.

“Arustamyan Bakıdakı oyunlar üçün akkreditasiya almadı. O, Azərbaycana gələ bilməyəcək", - məlumatda vurğulanıb.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi sözçüsü Mariya Zaxarova və “Matç” TV-nin baş prodüseri Tina Kandelaki problemin UEFA-nın dəstəyi ilə həll olunduğunu və Arustamyanın sonda akkreditə olunduğunu elan etdilər.

Qeyd edək ki, Nobel Arustamyanın ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfərlər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib.

***10:31

Erməni jurnalist Nobel Arustamyan AÇ-2020-nin oyunları üçün akkreditasiya alıb.

Kazus.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova özünün Teleqram kanalında məlumat verib. 

O bildirib ki, uzun müzakirələrdən sonra Arustamyan UEFA tərəfindən qeydiyyata alınıb: “İdman şərhçisi Nobel Arustamyan Avropa çempionatı üçün qeydiyyatdan keçdi. Çalışmağa davam edirik”. 

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın “Matç Tv” kanalının baş redaktoru Tina Kandelaki kanalın şərhçisi Nobel Arustamyana UEFA tərəfindən akkreditasiya verilmədiyini iddia etmişdi. O, buna səbəb kimi isə Azərbaycanın ona akkreditasiya verməkdən imtina etməsini göstərmişdi. Kandelaki bildirmişdi ki, erməni jurnalist Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan ona akkreditasiya verməkdən imtina edib. 

Qaydalara görə, UEFA akkreditasiyanı bir jurnalistə təşkilatçı ölkələrin hamısının razılığı olduqdan sonra verir. Əgər təşkilatçı olan hansısa ölkə jurnalistə akkreditasiya verməkdən imtina edirsə, o zaman qitə futbol qurumu həmin jurnalisti qeydiyyata almır.